AZ

Rus polislər müəllimi cinayətkarla səhv salıb qolunu qırdılar

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ryazanda polis əməkdaşları müəllimi narkotik alverçisi ilə səhv salaraq saxlayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Hadisə nəticəsində Valentina Volkovanın qolu sınıb. Zərərçəkmişin sözlərinə görə, həbs nəticəsində çiynində sınıq, vətər yırtığı və çoxsaylı hematoma əmələ gəlib.

Daxili İşlər Nazirliyi mayın 20-də narkotiklərlə mübarizə istiqamətində əməliyyat tədbirlərinin həyata keçirildiyini təsdiqləyib. Qadının “şübhəli davranışını” görən məmurlar vəziyyəti aydınlaşdırmağa çalışıblar. Hazırda polis əməkdaşlarının əməlləri araşdırılır.

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
unikal.az

1Mənbələr