AZ

Fon der Lyayenə qarşı etimadsızlıq səsverməsi – AK istefaya gedə bilər


Avropa Parlamenti Avropa Komissiyasına və onun prezidenti Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi verə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, parlamentin spikeri Roberta Mezzola artıq parlament qruplarının sədrlərini hadisələrin inkişafı ilə bağlı məlumatlandırıb.
Etimadsızlıq məsələsini Avropa Parlamentinin rumıniyalı sağçı deputatı George Pipera qaldırıb.
Komissiya xüsusən Covid-19 pandemiyasına qarşı mübarizədə şəffaflığın olmamasında, həmçinin yanlış idarəçilik sistemində ittiham olunur.
Aİ qanunlarına görə, etimadsızlıq səsverməsinə başlamaq üçün Aİ qanunvericilərinin onda birinin və ya ən azı 72 deputatın imzası tələb olunur. Məlumata görə, indiyədək 74 deputatın imzası toplanıb.
Əgər səsvermə uğurlu olarsa, onun prezidenti və 26 Aİ komissarı da daxil olmaqla, bütün Avropa Komissiyası istefaya getməli olacaq.
Nəşrin qeyd etdiyi kimi, səsvermə simvolik xarakter daşısa da və heç kim onun uğur qazanacağını gözləməsə də, bu, bir sıra mübahisəli addımlar və qalmaqallardan sonra Brüsseldə AK sədrinə qarşı artan qəzəbdən xəbər verir.
Seçilən
9
1
yeniavaz.com

1Mənbələr