Vall Street Journal-ın (VSJ) məlumatına görə, ABŞ-da yerləşən İnsan Resurslarının İdarə Edilməsi Cəmiyyəti SHRM tərəfindən təşkil edilən konfransda çıxış edən Bayden Tramp administrasiyasını dəyərləndirib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Bayden səlahiyyət müddəti ərzində həyata keçirilən tədbirlərlə bağlı bu cür qiymətləndirmə edib: “Ölkədə dəyişdiyimi düşündüyüm və etmək üçün çox çalışdığım bir çox şey sürətlə dəyişir”.
Sədrliyi dövründə NATO-nun əhəmiyyətli dərəcədə gücləndiyini müdafiə edən Bayden: "Bəzi Avropa liderləri mənə zəng edərək məsələyə qarışmağımı xahiş edirlər" dedi.
Co Bayden məsələyə qarışa bilmədiyini, lakin liderlərə məsləhət verdiyini qeyd edib.
Bayden həmçinin “ABŞ-ın dünya səhnəsindən çıxmasının riskləri” barədə xəbərdarlıq edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta