AZ

İstanbulda meşəlik ərazi yanır

Türkiyənin İstanbul şəhərində yerləşən Sultanqazi rayonunun meşəlik ərazisində yanğın baş verib.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə yerinə çoxsaylı yanğınsöndürən briqadaları cəlb olunub. Alovun qarşısının alınması və ərazidə təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Yanğının səbəbi hələlik məlum deyil. Əraziyə yaxın yaşayan sakinlərin təhlükəsizliyi məqsədilə tədbirlər görülüb.

Seçilən
17
manset.az

1Mənbələr