AZ

Azərbaycanda qadın məhkumların sayı ARTIB

Son illər cəmiyyətin sosial-iqtisadi dinamikası cinayət statistikasında da öz əksini tapır.

Modern.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ildə ölkəmizdə ümumilikdə 33 min 379 cinayət hadisəsi baş verib. Cinayət törədənlərin 21 min 250-si kişi, 1 235-i isə qadın olub. Cinayətlərin əksəriyyəti əmək qabiliyyəti olan, amma işləməyən və oxumayan şəxslər tərəfindən törədilib. Cinayət törədənlərin 47, 6 faizi - 15 min 885-i məhkum olunub. Onlardan 10-u ömürlük, 562-si isə şərti azadlıqdan məhrum olunub. 

2024-cü ilin hesabatına görə, ölkəmizdə azadlıqdan məhrum edilən məhkumların 97,1 faiz kişilər, 2,9 faizini isə qadınlar təşkil edir. 

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə azadlıqdan məhrum edilən kişilərin sayı 6,8%, qadınların sayı isə 15,9% artıb.

Bundan əlavə, 2024-cü il şərti cəza alanlar içərisində də qadınların sayı artıb. Belə ki, bir il ərzində probasiya qeydiyyatında olan məhkumların 5,9 faizi qadınlardır. Bu rəqəm 2023-cü illə müqayisədə 0,6 faiz artıb. 
 

Seçilən
13
modern.az

1Mənbələr