AZ

“Rostex”: ABŞ Rusiya modeli əsasında Abrams tanklarını təkmilləşdirməyi planlaşdırır

ABŞ ordusu Abrams əsas döyüş tanklarını təkmilləşdirərkən rus tank istehsalçıları tərəfindən uzun müddətdir istifadə edilən və döyüş meydanında sınaqdan keçirilmiş variantlardan istifadə etməyi planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə “Rostex” dövlət korporasiyası məlumat verib.

Xatırladaq ki, Pentaqon 2025-2026-cı illər proqramının bir hissəsi olaraq Abrams tanklarını M1A2 Sistemi SEPv3 versiyasına təkmilləşdirmək, onları xüsusilə termal görmə qabiliyyətini azaldan xüsusi örtük, eləcə də FPV dronları da daxil olmaqla yuxarıdan hücumlardan passiv müdafiənin əlavə elementləri ilə təchiz etmək niyyətindədir.

“Əslində, Amerika hərbi-sənaye kompleksinin yeni tədbirləri rus tank istehsalçılarının uzun müddətdir istifadə etdiklərini təkrarlayır. Xüsusi örtük bizimkinin analoqudur, yuxarı yarımkürədən əlavə qorunma bizim ekranlar, barmaqlıqlar və “manqal” kimi uzaq konstruksiyalar dəstimizin analoqudur” - “Rostex”-dən qeyd edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
herbiand.az

1Mənbələr