
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi “Səssiz anlaşma: Təhlükəsiz hərəkət” adlı yeni layihəyə start verib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.Ulusum.az xəbər verir ki, bu barədə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı məlumat verib. Onun sözlərinə görə, 2025-ci il iyulun 1-dən başlayan layihə 3 ay müddətində davam edəcək. Məqsəd – eşitmə məhdudiyyətli şəxslərin yol hərəkətində təhlükəsizliyinə diqqət çəkmək, bu sahədə maarifləndirməni artırmaqdır.Layihə çərçivəsində yol hərəkəti qaydaları ilə bağlı videoçarxlar hazırlanacaq, informasiya bukletləri çap olunacaq və eşitmə məhdudiyyətli sürücülərə yol nişanlarının tanıdılması işi həyata keçiriləcək.Bu təşəbbüs səssiz iştirakçıların səsinin eşidilməsinə və cəmiyyətin bu sahədə daha anlayışlı olmasına xidmət edir.
Diqqət Çəkənlər
“Şəkərsiz” və ya “təbii” yazılarına kor-koranə inanma
Sensasiya! “Minval Politika” Rusiya Müdafiə Nazirliyinin AZAL reysinin məhv edilməsi ilə bağlı əmrinin anını dərc edir
Paytaxtdakı qəzalı binalarla bağlı komissiya yaradılıb