AZ

Paşinyanın sabiq silahdaşından Moskvaya müraciət: Türkiyə 300 min qaçqına məlumat versə...

Ermənistan Milli Assambleyasının üzvü Ovik Ağazaryan Moskvanı İrəvanın təxribatlarına cavab verməməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Parlamentari həbsdə olan biznesmen Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin özəlləşdirilməsi prosesinə reaksiya verib. O, cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirmək və ölkəni Qərbə “çevirmək” üçün belə bir addım atmağa çalışdıqlarını vurğulayıb.

"Bu, ona görə edilir ki, sabah, ya da biri gün biz Qərbə üz tutaq. Qərb isə Türkiyədən başlayır. Və Türkiyə biz Qərbə getməyə başlasaq, bu barədə 300 min qaçqına məlumat versin. 300 min qaçqının kiçik bir hissəsi Ermənistana gələcək və siz hamınız bilirsiniz ki, nə baş verəcək. Rusiyadan xahiş edirəm ki, bizim ermənilərin təxribatına uymasın", - Paşinyanın sabiq silahdaşı deyib.

Seçilən
28
publika.az

1Mənbələr