AZ

Rejimin dili çıxdı

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranın İmam Xomeyni məscidində keçirilən anım mərasimində İsraillə 12 günlük müharibəni dəyərləndirib.

Qalibaf deyib ki, İran raketləri İsrailin hava hücumundan müdafiə sistemi olan Dəmir Qübbəni zərərsizləşdirib.

Mehr xəbər agentliyinin məlumatına görə, Qalibaf, “Mən açıq şəkildə demək istəyirəm ki, müharibənin ikinci və üçüncü günündən sonra işğal olunmuş ərazilərin şimalında, cənubunda və şərqində istədiyimiz hər nöqtəni vurub məhv etdik”, – deyib.

Qalibaf həmçinin sınaq üçün atdıqları raketin İsrailin Birşeba şəhərindəki ən mühüm müdafiə qalalarını məhv etdiyini bildirib: “Bu, İran İslam Respublikasının gücünü göstərir”.

***

İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri general-mayor Möhsün Rezayi də eyni mərasimdəki çıxışında İranın İsrailə qarşı qisas məqsədi ilə həyata keçirdiyi “Həqiqi vəd – 3” əməliyyatı ilə bağlı açıqlamalar verib.

“Həqiqi vəd – 3” əməliyyatının ilk dəfə İranın dini lideri Xameneyinin birbaşa komandanlığı və göstərişi ilə həyata keçirildiyini deyən Rezai, “Bu, Silahlı Qüvvələrin Baş Qərargahı və Hatəmül Ənbiya Mərkəzi Qərargahı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Baş Komandan tərəfindən verilən bütün əmrlər İnqilab Ordusu və Korpusuna çatdırılıb”, – deyib.

Rezai əlavə edib ki, İsrail yeni hücuma keçərsə, İranın cavabı çox daha sərt və əhatəli olacaq.

Seçilən
8
vaxt.az

1Mənbələr