"Liverpul"un futbolçusu Dioqo Jota və qardaşı Andre Silva avtomobil qəzasında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, onlar Lamborghini markalı maşınla başqa bir avtomobili ötərkən təkər partladığına görə yoldan çıxıb və sonra maşın alovlanıb.

Jotanın qardaşı Andre Silva da özü kimi futbolçu idi. O, Portuqaliyanın 2-ci Liqasında mübarizə aparan "Penafyel"də çıxış edirdi.

Qeyd edək ki, D. Jotanın 2 həftə öncə toyu olmuşdu.