AZ

"Barsa" niderlandlı müdafiəçi ilə maraqlanır

"İnter"in müdafiəçisi Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Barselona" 29 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, niderlandlı oyunçunun müqaviləsində iyul ayının ortalarına qədər keçərli olan 25 milyon avroluq satınalma maddəsi mövcuddur.

Kataloniyalılar hələ ki, bu transfer üçün heç bir təklif göndərməyib.

Qeyd edək ki, Dumfris ötən mövsüm "İnter"in "Barselona"ya qarşı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində 2 qol vuraraq və 3 məhsuldar ötürmə ilə yadda qalaraq, komandasının finala vəsiqə qazanmasında böyük rol oynamışdı.

 

"Qalatasaray"dan Yann Zommer bombası

Argentina millisinin üzvü "Marsel"də

Tarixdə bu gün: 1998 Dünya Kubokunda dramatik qələbə - VİDEO

İtaliya A Seriyasına yüksələn klubda yeni baş məşqçi

Onauçu Trabzona gəlir - VİDEO

Seçilən
22
31
apasport.az

10Mənbələr