AZ

Azərbaycanda sərhəd sığorta müqavilələri üzrə sığorta haqları konkretləşib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, sərhəd sığorta müqavilələri üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin növünə və sığorta müqaviləsinin müddətinə görə tariflər aşağıdakı kimi müəyyən edilib:

Həmçinin digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycanın ərazisinə daxil olarkən sürücüsünün “İcbari sığortalar haqqında” qanununun 63-1.2-ci maddəsində nəzərdə tutulmuş "Yaşıl Kart" təqdim etməyən avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sərhəd sığorta müqavilələri üzrə sığorta haqları yuxarıdakı rüsumlara uyğun hesablanacaq.

Bundan başqa, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə tətbiq olunan əmsallar sırasından sərhəd sığorta müqavilələrinə görə tətbiq edilən əmsal ləğv edilib.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Seçilən
14
1
report.az

2Mənbələr