Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, iyulun 3-ü günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyulun 6-sı gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s- dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-4 m, sonrakı inkişafda isə 4-5 m. çatacağı proqnozlaşdırılır.