
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ayın sonunda Dubayda görüşü planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Məlumata görə, görüş zamanı ölkə liderləri sülh müqaviləsinin şərtlərini müzakirə edəcəklər.
Digər tərəfdən, nəşrin yazdığına görə, BƏƏ iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq səyləri çərçivəsində Bakı və İrəvan arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.
İyunun 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışığı aparıb.