AZ

Rus şovinizminin qurbanı: Gürcü millətinin 200 illik məhv siyasəti

Son iki əsrdə Rusiya imperiyası, Sovet ittifaqı və bu sistemin siyasi və ideoloji varisi olan Rusiya Federasiyası Gürcüstan xalqına qarşı ardıcıl və planlı şəkildə assimilyasiya, zorakılıq və məhv siyasəti yeritmişdir. Bu siyasətin əsasında rus şovinizmi dayanır: tək bir millətin - rus xalqının - siyasi, dini, mədəni və coğrafi hakimiyyətini bütün Qafqaza yaymaq ideyasi. Gürcüstan bu şovinist planın ilk qurbanlarından biri oldu.

İmereti

Kartli-Kaxetiya və İmereti Krallıqlarının Ləğv Edilması

Rusiya Gürcüstanla 1783-cü ildə imzaladığı Giorgiyevsk müqaviləsi ilə gürcülərə qoruma vəd etsə də, bu razılaşmanı siyasi manipulyasiya üsulu kimi istifadə etdi. 1801-ci ildə Kartli-Kaxetiya krallığını ləğv edib imperiyaya daxil etdi. Ardınca 1810-cu ildə İmereti krallığı da eyni aqibətlə qarşılaşdı. Bülə şəkildə Rusiya imperiyası Gürcüstanda monarxiyanı ləğv edərək siyasi iradəni məhv etdi.

Gürcüstan

Gürcü Pravoslav Kilsəsinə Qarşı Assimilyasiya

1811-ci ildə Gürcü Pravoslav Kilsəsinin avtokefaliyası ləğv edildi. Kilsə rus Pravoslav Patriarxlığına tabe etdirildi. Kilsə rəhbərləri rus ruhaniləri ilə əvəz olundu, liturgiya dili rus dilinə keçirildi. Bütün bunlar dini mənsubiyyətin əldən alınması deyildi sadəcə; bu, milli yaddaşın, inanc sisteminin, xalqın tarixi kimliyinin sistemli silinməsinin bir hissəsi idi. Kilsələrdəki freskalar boyanaraq ortadan qaldırıldı, şərq xristianlığının gürcü yozumu rus ikonografiyası ilə əvəz olundu.

İsatay

Xalq Üsyanları və Qanlı Cavablar

Rusiya imperiyasının zorakı idarəetməsinə qarşı gürcülər bir neçə üsyan təşkil etdilər. 1804 Mtiuleti, 1812 Kaxeti, 1819 kilsə üsyanı, 1829 Quriya üsyanı, 1832 zadəgan sui-qəsd planı, 1834-59 Svaneti-Samurzakano-Sameqrelo-Abxaziya üsyanları göstərir ki, rus işğalına qarşı davam edən müaqavimət sistemli idi. Ancaq imperiya bu üsyanları amansızcasına boğdu. Təxminən 100 mindən çox gürcü bu üsyanların yatırılması zəminində həlak oldu.

Qərbi

19-cu Əsrdən XX Əsrə: Deportasiyalar, Göçlər və Ruslaşdırma

Rus imperiyası 1801-1867-ci illər arasında Gürcüstanın qarnizonlara ehtiyac olmayan bütün qalalarını, qüllələrini və divarlarını sökdü. Bu sadəcə hərbi arxitektura deyil, tarixi yaddaşın sökülməsi idi.

Rusiya rəsmiləri 19-cu əsrdə dekabrist hərəkatları zamanı Gürcüstan xalqının Sibirə deportasiyası planları hazırlamışdı. Bu səslər sonralar sovet siyasəti ilə gərəkləşdi. Deportasiyalar sənədlərdə mövcuddur: on minlərlə gürcü 1924-41-ci illərdə Orta Asiyaya sürgün edildi. Bu illər aralığında 270 min insan məhv edildi.

Qanlı

9 Aprel 1989: Sovet Qazı Altında Boğulan Hörmət

1989-cu il Tiflis mitinqi Gürcü tarixində qəmli bir simvola çevrildi. Dinc nümayişi sovet ordusu silah və sinir qazı ilə dağıtdı. 20 nəfər həlak oldu, minlərlə insan qazdan zəhərləndi. Bu hadisə rus şovinizminin sadəcə tarixdə deyil, Sovet rejimi formasında davam etdiyini göstərdi.

Şəkillərdə:

1990-cı illər və 2008: Yeni Formalı Şovinizm - İşğal

1992-93 Abxaziya və Cənubi Osetiyada Rusiyaya söykənən separatizmin nəticəsi olaraq 30 min gürcü qətlə yetirildi, 250 min insan didərgin düşdü. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi Kremlən idarə edilən yeni növ imperializmin bariz numunəsi oldu. Rusiya bütün beynəlxalq normaları pozaraq Gürcüstan torpaqlarına daxil oldu, 400-ya yaxın insan qətlə yetirildi.

Nəticə: Tarixi Unutmamaq, Haqq Uğrunda Dəvam Etmək

Gürcüstan Rusiya şovinizminin ən ağır formada sərgiləndiyi Qafqaz ölkəsidir. Təhsil, din, ordu, idarəetmə, mədəni yaddaş, arxitektura, siyasi suverenlik - hər bir sahə rus şovinizminin məhv hədəfinə çəvrilmişdir. Bu tarixi unutmaq, gələcək fəlakətlərin yolunu açmaq deməkdir.

Gürcü xalqının müqaviməti tək bu xalqın deyil, bütün Qafqaz xalqlarının haqlarının simvoludur. Rus şovinizminin təriqəti qarşısında tarixi faktlar, mənəvi yaddaş və mərddir dayanan bir iradə var. Və bu iradə tarix boyu susdurulsa da, səsini itirməyib: həqiqətin, ədalətin və azadlığın adına.

 

Seçilən
8
musavat.com

1Mənbələr