AZ

"Sabah"ın Çempionlar Liasındakı rəqibləri məlum oldu

Basketbol üzrə Çempionlar Liqasının müntəzəm mövsümünün püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, mərasim İsveçrənin Lozanna şəhərində təşkil olunub.

Tədbirdə Azərbaycan təmsilçisi "Sabah" rəqiblərinin də adına aydınlıq gəlib.

Püşkatmanın nəticələrinə əsasən, "Sabah" B qrupunda yer alıb. Bakı klubu "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.

Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.

Seçilən
29
14
sportinfo.az

10Mənbələr