AZ

Yann Sommer "Qalatasaray"ın hədəfində

Fernando Musleranın gedişindən sonra bu mövqeyə oyunçu axtarışlarını davam etdirən "Qalatasaray" istədiyi oyunçunu İtaliyada tapıb.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" ötən mövsüm UEFA Çempionlar Liqasının finalçısı olan "İnter"in qolkiperi Yann Sommerlə yaxından maraqlanırlar.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi 36 yaşlı qapıçı üçün A Seriyası klubu ilə danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, Sommer 2023-cü ildə "Bavariya"dan 8 milyon avro qarşılığında "İnter"ə transfer olunub.

İsveçrə millisinin üzvü bu komandada bir dəfə A Seriyasını, bir dəfə isə İtaliya Superkubokunu qazanıb.

Mourinyo yeni mövsümdə qapını ona tapşıracaq

İsmail Kartaldan sonra "Persepolis"dən bomba qərar

"Qalatasaray" istədi, Premyer Liqa klubu aldı

"Qalatasaray"dan Kökçü bombası: Danimarkalını göndərəcək, millinin üzvünü gətirəcək

“El-Klassiko”lar bu tarixlərdə oynanılacaq

Seçilən
21
33
apasport.az

10Mənbələr