AZ

Cənubi Koreyada hərbi vəziyyət zamanı qüvvədə olan qanunlara dəyişiklik edilib

Cənubi Koreya palamenti hərbi vəziyyət zamanı idarəetmə ilə bağlı qaydalara edilən dəyişiklikləri təsdiqləyib.

APA xəbər verir ki, bununla bağlı yerli mətbuat məlumat yayıb.

Belə ki, yeni qaydalara əsasən, hərbi vəziyyət zamanı parlament üzvlərinin parlament binasına daxil olmasına təbiq edilən qadağa ləğv edilib. Əlavə olaraq, parlament spikerinin icazəsi olmadam polis və hərbi qüvvələrin sözügedən qurumun binasına daxil olması qadağan edilib.

Qeyd edək ki, Cənubi Koreyada sabiq prezident Yun Suk Yol ötən ilin dekabr ayında ölkədə qəfil hərbi vəziyyət elan etmiş və təhlükəsizlik qüvvələri deputatları parlament binasına buraxmamışdılar.

Çünki, məclis üzvləri birgə rəy əsasında prezidentin hərbi vəziyyətlə bağlı imzaladığı fərmanı ləğv etmək hüququna malikdirlər.

Seçilən
18
2
apa.az

3Mənbələr