Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı 3 290,8 manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici dövlət sektorunda 4 216,1 manat, özəl sektorda isə 3 087,4 manat olub.
2024-cü ilin eyni dövründə maliyyə və sığorta fəaliyyəti sahəsində dövlət sektorunda maaşlar 3 517 manat, özəl sektorda isə 3 040,5 manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!