AZ

“İstədiyim qonorarı verməsələr, çəkilməyəcəm”

“İstədiyim qonorarı verməsələr, heç bir layihəyə çəkilən deyiləm”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri “Bizimləsən”də Əməkdar artist Mehriban Xanlarova deyib.

Qonorarın azlığından gileylənən aktrisa bildirib: Sezar pizza

“Bu yaxınlarda çəkildiyim layihədən aya 1000 manat aldım. Sona gizlədir, amma onlara qəpik-quruş veriblər. O, indi nəyəsə hörmət edib demir, amma mən deyirəm. Heç nədən qorxacağım, reklama ehtiyacım yoxdur. Bu sənətə 18 yaşımda baş rolla addım atmışam. Baxırsan ki, dünən gəlib, heç nədir, amma deyir, 1500 manat, ya da filan qədər pul almışam. Fikirləşirsən ki, xeyir ola? Mən gözümə dərman, soğan suyu töküb ağlamıram, yalandan yıxılmıram, başımı yerə vurmuram. Elə oynayıram ki, sənin də için ufuldasın. Deyirlər, vay, yazığın başı getdi, bunu eşidirəm. Sənətkarlıq budur. Bu gün elə xalq artistlərimiz var ki, indi də pafosla oynayırlar”.


Telegram kanalımız
Seçilən
27
2
yenisabah.az

3Mənbələr