AZ

"Shamakhi Open"də son tur öncəsi üç lider

"Shamakhi Open" beynəlxalq şahmat festivalında finişə bir tur qalmış üç şahmatçının liderliyi yaranıb.

İdman.biz xəbər verir ki, səkkiz turdan sonra Xaqan Əhməd, Xəzər Babazadə və ukraynalı Vitali Bernadski hərəyə altı xal toplayıblar.

Əlavə göstəricilərə görə Xaqan Əhməd irəlidədir. O, bir həftə əvvəl keçirilmiş "Sheki Open"dəki qələbədən sonra ardıcıl ikinci turnirdə də qalib gəlmək şansı əldə edib.

Qeyd edək ki, "Shamakhi Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə təşkil olunan "Chess Tour Azerbaijan" seriyası çərçivəsində keçirilir.

İdman.biz

Seçilən
7
idman.biz

1Mənbələr