AZ

Kosmetik vasitələrin qoxusu ağcaqanadları cəlb edəBİLƏR

Ağcaqanadlar bəzi insanlara daha tez-tez hücum edir. Bunun səbəbləri arasında açıq havada fiziki fəaliyyət, artıq çəki və müxtəlif qoxular yer alır.

Redaktor.az xəbər verir ki, bu barədə ümumi praktikantı Yana Şmeleva danışıb.

Onun sözlərinə görə, ağcaqanadlar ən çox kök insanlara yönəlirlər. Bundan əlavə, birinci qan qrupu da bu həşəratların diqqətini çəkir.

Şmeleva bildirib ki, ətir, losyon və lavanda ekstraktı olan kosmetik vasitələrin qoxusu ağcaqanadları cəlb edə bilər. Spirtin qoxusu da onların marağına səbəb olur.

Mütəxəssis açıq havada idman edən insanlarda bədən temperaturunun və tərin artdığını, bu səbəbdən də ağcaqanadlar üçün daha cəlbedici olduqlarını əlavə edib.

Aytəkin TOFİQQIZI

Seçilən
21
1
redaktor.az

1Mənbələr