AZ

Altı ay ərzində neçə tibb müəssisəsində nöqsanlar aşkarlanıb ? - AÇIQLAMA

Bakı. Trend:

2025-ci ilin ilk altı ayı ərzində ümumilikdə 172 tibbmüəssisəsində yoxlama aparılıb. Bunlardan 111-i planlı, 61-i isəplandankənar olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Analitik EkspertizaMərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalar nəticəsində, planlı yoxlamalar zamanı49 müəssisədə, plandankənar yoxlamalar zamanı isə 20 müəssisədənöqsanlar aşkarlanıb:

"Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsininmüvafiq maddələri üzrə protokollar tərtib olunaraq müvafiqinstansiyalara təqdim edilib.
Aşkarlanmış əsas nöqsanlar aşağıdakılardır:
1. Lisenziyasız tibbi fəaliyyət göstərilməsi;
2. Sertifikatsız olaraq özəl tibbi xidmət göstərilməsi;
3. Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrininistifadəsi;
4. Lisenziyasız özəl tibb fəaliyyəti ilə məşğul olunması;
5. İxtisası və sertifikatı olmayan şəxslərin tibbi fəaliyyətdəiştirakı;
6. Tibb müəssisələrində çalışan mütəxəssislərin ixtisaslarına uyğunvəzifələrə təyin olunmaması;
7. Tibb mütəxəssislərinin əmək münasibətlərinin rəsmi müqavilə ilətənzimlənməməsi;
8. Tibbi sənədləşmənin və qeydiyyatların aparılmaması".

"Əgər özəl tibb müəssisələrində qeyri-qanuni fəaliyyət və yaşübhəli hallarla qarşılaşırsınızsa, bu barədə Analitik EkspertizaMərkəzinə aşağıdakı vasitələrlə məlumat verə bilərsiniz:
“Bir pəncərə” sektoru, Qaynar xətt: (012) 596 05 20, E-mail:[email protected], Rəsmi veb-sayt: www.pharma.az (“Müraciət”bölməsi)",- deyə məlumatda qeyd edilib.

Seçilən
70
4
az.trend.az

5Mənbələr