AZ

Kişi və qadın yuxusunun FƏRQLƏRİ

ain.az bildirir, Oxu.az portalına istinadən.

Yuxu orqanizmin bərpası üçün ən güclü vasitələrdən biridir, lakin bu proses qadın və kişilərdə fərqli şəkildə baş verir. Araşdırmalar göstərir ki, qadınların tam dincəlməsi üçün kişilərlə müqayisədə daha çox vaxta ehtiyacı var.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı yuxu və endokrinologiya üzrə mütəxəssis Darya Lebedeva danışıb.

Onun sözlərinə görə, qadın beyninin daha mürəkkəb fəaliyyəti və hormonal fonun xüsusiyyətləri səbəbindən onların bərpa prosesi daha uzun çəkir.

"Qadın yuxusu hormonal balansla sıx bağlıdır. Qadının beynində gündəlik daha çox dəyişiklik və iki beyin yarımkürəsinin aktivliyi baş verir. Bu səbəbdən qadınlara orta hesabla kişilərdən 20-30 dəqiqə daha artıq yuxu lazımdır. Həmçinin, keyfiyyətli yuxu qadınlarda dəri sağlamlığının və gözəlliyin əsas təminatıdır. Yuxu pozuntuları estrogen hormonunun - xüsusilə estradiolun - ritmini pozur. Bu isə kollagen sintezinin azalması, dəri baryerinin zəifləməsi və erkən qocalma ilə nəticələnir. Bu təsir premenstrual (PMS) dövrləri, doğuşdansonrakı bərpa mərhələsi və menopauza zamanı daha qabarıq görünür", - deyə o bildirib.

Kişilərdə isə yuxusuzluğun təsirləri fərqlidir - diqqət azalır, reaksiya sürəti zəifləyir ki, bu da təhlükəli işlərdə ciddi nəticələrə səbəb ola bilər.

"Kişilərdə, həmçinin xoruldama halları daha çox müşahidə olunur. Bu, sadəcə məişət problemi deyil, tibbi məsələdir. Xorultu nəfəs yollarının keçməməsi səbəbilə qırtlaq və udlaq əzələlərinin titrəməsi ilə əlaqəlidir. Kişilərin qırtlaqları daha enli, boyun bölgəsində yumşaq toxumaların həcmi daha çoxdur və artıq çəki bu sahədə daha çox toplanır. Nəticədə, nəfəs alma çətinləşir və xorultu yaranır. Kişilərdə həm də yuxuda tənəffüsün qısa müddətli dayanması riski yüksəkdir. Bu isə yüksək təzyiq, ürək xəstəlikləri, şəkərli diabet və piylənmə ilə əlaqələndirilir".

Mütəxəssis cütlüklərə tövsiyə edir ki, əgər biri digərinin yuxusuna mane olursa, ayrı yatmaqdan çəkinməsinlər.

"Söhbət təkcə xorultudan yox, həm də müxtəlif xronotiplərdən və ya yüksək həssaslıqdan gedir. Ayrı yatmaq - həm ayrı çarpayıda, həm də ayrı otaqda - tamamilə normaldır", - deyə həkim vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
oxu.az

1Mənbələr