AZ

XARKOV VƏ XERSON HÜCUMA MƏRUZ QALIB » AzadMedia.az

XARKOV


Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov və Xerson vilayətinə raketlər və dronlarla zərbələr endirib.
Zərbələr nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
Ukrayna rəsmiləri hücuma məruz qalan ərazilərdə yaşayış binaları, avtomobil mağazası, xəstəxana və digər mülki infrastruktur obyektlərinin yer aldığını deyiblər.

Hücumlar 114 dron və 4 S-300 raketi ilə təşkil olunub.

Ukrayna hərbi qüvvələri 79 dronu zərərsizləşdirdiklərini bildirib.

Bu arada, Amerika Birləşmiş Ştatları Ukraynaya bir sıra silahların ixracını dayandırıb.

Rəsmi Kiyev Birləşmiş Ştatlara buna görə etiraz edib və bəyan edib ki, Vaşinqtonun bu barədə qərarı Rusiyanı daha da cürətləndirəcək addım olacaq.
Ukrayna xarici işlər nazirliyi məsələ ilə əlaqədar danışıqlar aparmaq üçün Birləşmiş Ştatların bu ölkədəki diplomatını çağırıb.
Amerika Birləşmiş Ştatları Rusiya ilə müharibə başlayandan indiyə kimi Ukraynaya milyardlarla dollar həcmində silah verib.

Ukrayna artıq 3 ildən çoxdur ki, Rusiya ilə fəal şəkildə müharibə aparır və müharbədə ərazisinin təxminən 20 faizinə nəzarəti itirib.

Seçilən
12
1
azadmedia.az

2Mənbələr