Cənubi Koreyanın “Squid Game” serialının üçüncü mövsümü (2021-2025) “Netflix” platformasında yayımlandıqdan sonra ilk həftədə baxış sayına görə rekorda imza atıb.
“Qafqazinfo” xəbər verir ki, serial cəmi üç gün ərzində dünyanın hər yerindən 60,1 milyon tamaşaçı cəlb edib.
“Squid Game”in maraqla gözlənilən üçüncü və son mövsümü dünyanı fəth etdi. Premyerasından sonra bir həftə ərzində rekord baxış sayına görə ilk şou olaraq tarixə düşdü” , - “Netflix”in mətbuata açıqlamasında qeyd olunub.
Qeyd edək ki, “Squid Game” maddi çətinliklər üzündən gizli sağ qalmaq oyununda iştirak etməyə qərar verən bir qrup insan haqqındadır. 2021-ci ilin sentyabrında ilk premyerasından sonra layihə “Netflix” tarixində ən populyar serial olub.