AZ

“Kalmar oyunu”nun 3-cü mövsümü izlənmə rekordu qırdı

Musavat.com xəbər verir ki, “Netflix” platformasının mətbuat xidməti məşhur “Kalmar oyunu” (Squid Game) serialının üçüncü mövsümünün yayımlandıqdan cəmi üç gün sonra 60 milyon baxış sayını keçdiyini açıqlayıb.

Bu göstərici ilə serial Netflix tarixində bu qədər qısa müddətdə bu qədər izlənmə toplayan layihələr arasında rekord qırıb. Eyni zamanda “Kalmar oyunu” yeni mövsümü yayımlandığı ilk həftədə platformanın ən populyar serialları siyahısında yer alan yeganə serial olub.

Xatırladaq ki, Cənubi Koreya istehsalı olan serial ilk dəfə 2021-ci ildə yayımlanaraq qlobal fenomenə çevrilmişdi. Üçüncü mövsüm də sələfləri kimi geniş maraqla qarşılanıb. 

 

Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr