Qeyd edək ki, bu, futbolçunun karyerasında ilk peşəkar müqavilədi.
Maraqlıdı, 18 yaşında Toqo əsilli futbolçunu necə tapıblar, hardan tapıblar?
Bunu öyrənmək üçün klubun baş meneceri Elman Himayətoğlu ilə əlaqə saxladıq:
“Salifu Suma ilə eyni akademiyada oynayıb. Oranın yetirməsidi. Salifunin meneceri təklif etdi, məşqçilərimiz baxdı, bəyəndi. Solayaqdı, sol vinger kimi oynayır, müdafiədə də oynaya bilir”.
Qeyd edək ki, 87 nömrəli forma ilə oynayacaq futbolçu “Qarabağ”la yoldaşlıq oyununda da şans qazanmışdı.MÜZƏFFƏR QULUZADƏ