AZ

Türkiyədə təyyarə qəzaya uğradı - FOTO

Türkiyədə Bayburt ilə Erzurum sərhədində, dünya turuna çıxan Mehmet Demircinin idarə etdiyi M20 j tipli kiçik təyyarə dağa çırpılaraq qəzaya uğrayıb. Təyyarədə Demirci ilə birlikdə Hicran Kaya adlı bir qadın sərnişinin də olduğu bildirilib. 

Qəza, Erzurumun Pazaryolu əyalətinin Ballıkaya ərazisində, kəndlik sahədə baş verib. Təyyarənin Pazaryolu Böyükdərə bölgəsindən telefon siqnalı verdiyi qeyd olunub. Bu məlumat əsasında axtarış-xilasetmə qrupları dərhal hərəkətə keçib.

AFAD-ın yaydığı rəsmi açıqlamada bildirilib:

"Sivrihisardan havaya qalxaraq Rizəyə uçan, içərisində 2 nəfər olan təyyarənin saat 18:18-də Erzurum-Rize arasında qəzaya uğradığı məlum olub. Hadisə yerinə aşağıdakı qüvvələr yönəldilib:

Bayburt, Rize və Erzurum AFAD qruplarından: 12 nəqliyyat vasitəsi, 2 dron, 52 nəfər

Milli Müdafiə Nazirliyindən: 1 xilasetmə helikopteri

Jandarma Baş Komandanlığından: 2 kəşfiyyat təyyarəsi, 110 nəfər və axtarış itləri

Daxili İşlər Nazirliyi Polislərindən: 1 İHA, 2 nəqliyyat vasitəsi, 5 nəfər

112 Səhiyyə Qrupları

AKUT: 2 nəqliyyat vasitəsi və 10 nəfər

Termal və gecəgörmə kameralı dronlar və hava vasitələri ilə hadisənin bildirildiyi bölgədə axtarış işləri davam edir. Gəlişmələri izləyirik."

Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatı böyük səylə davam edir. Təyyarədə olan Mehmet Demirci və Hicran Kayanın sağ-salamat xilas olunması üçün ümummilli səfərbərlik həyata keçirilir. Gecə saatlarına qədər onlara çatılacağı ümid edilir.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
8
milli.az

1Mənbələr