İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Bu gün 1 təmsilçimiz xalçaya çıxıb. Günay Qurbanova (59 kq) çətinlik çəkmədən finala yüksəlib.
Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçimiz almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib.
Günay sabah həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşacaq.
3 güləşçimiz Avropa çempionatının finalında
3 güləşçimiz Avropa çempionatının yarımfinalında
Türkiyədə baş tutan xatirə turnirinə yekun vurulub
Yığmamız Avropa çempionatında 6 medal qazanıb
Manolova karyerasını başa vurub