AZ

Azərbaycan güləşçisi Avropa çempionatının finalına yüksəlib

Bakı, 2 iyul, AZƏRTAC

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Bu gün Azərbaycanın 1 təmsilçisi xalçaya çıxıb. Günay Qurbanova (59 kiloqram) çətinlik çəkmədən finala yüksəlib. Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçi almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib. Günay sabah həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşacaq.

Seçilən
6
3
azertag.az

4Mənbələr