Tomas Müller Florian Virtsin “Liverpul”a transferinin məbləği haqqında fikirlərini bölüşüb. Alman yarımmüdafiəçi bu yay “Bayer”dən “Liverpul”a keçib.
Sportal.az xəbər verir ki, "Kicker"in məlumatına görə, ümumi transfer məbləği 150 milyon avro təşkil edir, bunun təxminən 125 milyonu sabit ödənişdir. Müller bu haqda maraqlı fikirlər səsləndirib:
“150 milyon nə deməkdir? Bu, real olmayan bir rəqəmdir. Sadəcə klublar arasında aparılan hesablamadır. 150 milyonun nə demək olduğunu kim anlaya bilər?
Bu pula Neymarı almaq olmaz (xatırladaq ki, Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçmişdi), amma çoxlu sayda ağac əkmək olar.
Florian hər yerə uyğunlaşa bilir. O, təkcə çox yaxşı futbolçu deyil, həm də güclü psixoloji dayanıqlığa malikdir. Axı biz artıq bu cür böyük transfer məbləğlərinə öyrəşmişik. Hər halda, ondan gözləntilər çox yüksəkdir”,
saytlarin hazirlanmasi