Musavat.com xəbər verir ki, Türkiyənin Bayburt-Erzurum sərhədində iki nəfərin olduğu M20 J tipli yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Rəsmi mənbələrin yaydığı məlumata görə, hadisə bölgəsində axtarış-xilasetmə işlərinə başlanılıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb. Təyyarədə olan şəxsləri tapmaq üçün xilasedicilər səfərbər edilib.
Əlavə məlumat verildikcə xəbər yenilənəcək.
Musavat.com