AZ

Aktrisadan İDDİA: “Teatrdan məni hədə ilə çıxardı” - VİDEO

Aktrisa Sonaxanım Əliyeva Gənc Tamaşaçılar teatrı ilə bağlı iddia irəli sürüb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Bizimləsən”də danışıb.

Sonaxanım iddiasına görə, teatrdan hədə ilə çıxarılıb:
 

“Mən Gənc Tamaşaçılar Teatrında 15 il can qoymuşam. Mədəni şəkildə “torbamı tikib” çıxardılar. Hansı qapını döyürəmsə, mənim kimi aktrisaya yer yoxdu. Niyə? Məni hədələyiblər ki, “ya öz istəyinlə ərizə yaz çıx, ya da…” Mübariz Həmidov dedi. Dedi, “ya səni biz maddə ilə çıxardırıq, ya da ərizə yazırsan”. Mənə xəbərdarlıq etməyiblər”.


Qeyd edək ki, M. Həmidov 2018-ci ildə Gənc Tamaşaçılar teatrının direktoru vəzifəsindən azad edilib.


Sara, Bizim.Media

Seçilən
36
50
bizim.media

10Mənbələr