AZ

"Yuventus" kanadalı hücumçu transfer edir

"Lill"in hücumçusu Conatan David karyerasını "Yuventus"da davam etdirəcək.

Operativ Media xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, 25 yaşlı kanadalı iyulun 2-nə keçən gecə Turin klubuna keçməyə razılaşıb.O, azad agent kimi "Yuventus"a keçəcək. Hücumçunun "Lill"lə müqaviləsi iyunun sonunda başa çatıb.

David 2020-ci ildən Fransa klubunda çıxış edir. O, 232 oyun keçirib, 109 qol vurub və 30 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Seçilən
16
operativmedia.az

1Mənbələr