AZ

"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi

"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdiTürkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialında "Cevat Akarsu" obrazı ilə tanınan aktyor Şekip Taşpınar bu gün vəfat edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölüm xəbərini meneceri Temmuz Karikutal sosial şəbəkə vasitəsilə təsdiqləyib.

Karikutal paylaşımında bunları yazıb:

"Menecerliyini etdiyim dəyərli aktyor Şekip Taşpınarı itirməyin dərin kədərini yaşayıram. Birlikdə çox şey paylaşdıq. Məkanın cənnət olsun, ağabey"…

Qeyd edək ki, 2023-cü ildə o, saxta içki səbəbilə zəhərlənərək süni tənəffüs aparatına qoşulmuşdu.

Seçilən
11
sonxeber.az

1Mənbələr