AZ

Bu müəllimlərin dərs saatları artırılıbVİDEO

Attestasiya imtahanından keçməyən incəsənət müəllimlərin aqibətinə aydınlıq gətirilib.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, imtahandan keçməyən müəllimlərin bəzilərinə ikinci şans yaradılacaq. Artıq onlar təlimlərə cəlb olunublar.

Xezerxeber.az-ın məlumatına görə,

müşavir bildirib ki, şəffaflığın təmin edilməsi üçün imtahan keçirilən otaqlarda kameralar quraşdırılıb. Hər hansı şübhə və narazılığı olan müəllim gəlib öz imtahan görüntüsünü izləyə bilər. Attestasiyadan uğurla keçən müəllimlərin isə dərs saatları artırılıb.

Cəsarət Valehov həmçinin növbəti mərhələdə incəsənət məktəblərində keçilən dərslərin məzmunu ilə bağlı islahatlara başlanılacağını qeyd edib.

Qeyd edək ki, növbəti il ümimilikdə 8000-dən artıq incəsənət müəlliminin attestasiya prosesi yekunlaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
31
xezerxeber.az

1Mənbələr