Demokrat.az E1.ru-ya istinadla xəbər verir ki, "Azərbaycan-Ural" təşkilatının rəhbəri Şahin Şıxlinski iyulun 1-də "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında güc tətbiq edilərək saxlanılıb.
Kadrlardan görünür ki, Şahin Şıxlinski və oğlu Mutvəlinin (avtomobili idarə edən) olduğu "Gelandewagen" markalı avtomobil sağa dönən kimi "Lada" markalı maşın onun yolunu yolu kəsir.
Bundan sonra UAZ yaxınlaşır, oradan hərbi formada olan şəxslər çıxaraq, "Gelandewagen"in şüşələrini sındıraraq sürücü və sərnişini tutmağa çalışırlar.
Bu zaman ata və oğlunun arxasınca gedən "Toyota Camry" markalı maşın zədələnib. Belə ki, "Gelandewagen" qəfil geriyə dönərkən, "Camry"nin kuzovunun ön hissəsini sındırıb.
Mutvəli sonradan bildirib ki, hücuma məruz qaldığını zənn edib və qaçmağa çalışıb.
7Mənbələr
-
senzor.azYekaterinburqda Azərbaycan diasporunun rəhbərinin saxlanılmasınınTAM VİDEOSU ( 18880285)
-
buta.tvŞahin Şıxlinskinin saxlanılmasının tam - Videosu ( 18874126)
-
axar.azŞahin Şıxlinskinin saxlanılmasının tam - Videosu ( 18873679)
-
demokrat.azYekaterinburqda diaspor rəhbəri belə saxlanılıb — TAM VİDEO ( 18871024)
-
konkret.azYekaterinburqda Azərbaycan diasporunun rəhbərinin saxlanılmasının TAM VİDEOSU ( 18870442)
-
musavat.comYekaterinburqda Azərbaycan diasporunun rəhbərinin saxlanılmasının TAM VİDEOSU ( 18870376)
-
oxu.azYekaterinburqda Azərbaycan diasporunun rəhbərinin saxlanılmasının TAM VİDEOSU ( 18869656)