''Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluqda araşdırmalara başlanıb''.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
Onun sözlərinə görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan çoxsaylı Azərbaycan vətəndaşları əvvəlki illərdə baş vermiş cinayətlər səbəbindən saxlanıb və və onlardan ikisi xüsusi amansızlıqla döyülərək qətlə yetirilib.
Bu məqsədlə Baş prokurorun birinci müavininin qərarı ilə geniş tərkibdə istintaq qrupu yaradılıb, cinayət işinin ibtidai istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülb. Nemət Əvəzov onu da əlavə etdi ki, cinayətin açılması üçün Rusiya tərəfinə müraciət edilib.
Baş Prokurorluğun Xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda istintaqın aparılmasına məsələsinə aydınlıq gətirib. O bildirib ki, Azərbaycan tərəfi heç bir dövlətin, hansısa qurumun daxili işlərinə qarışmaq niyyətində deyil.
O da bildirildi ki, Rusiyanın əməliyyat- axtarış qurumları tərəfindən 12 Azərbaycan vətəndaşı saxlanılıb, onlardan ən azı 7 nəfərə fiziki zorakılıq və işgəncələr verilib. Həmin şəxslərdən 2 nəfər dünyasını dəyişib, iki nəfərin Yekaterinburqda yerləşən xəstəxanalarda müalicəsi davam etdirilir, 1 nəfər isə Azərbaycana qayıdıb.
Qeyd edək ki, Rusiyada saxlanılanlardan 2 nəfər barəsində həbs qətiimkan tədbiri seçilib, 1-i isə buraxılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.