İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün qitə birinciliyində qadın güləşində mübarizəyə başlayıb.
Azərbaycan yığmasının bir üzvü döşək üzərinə çıxıb. Günay Qurbanova uğurlu çıxış edərək, finala yüksəlib.
Avropa çempionatı
Qadın güləşi
59 kq
Günay Qurbanova almaniyalı Fransiska Blaumeyserə (10:0) və ukraynalı Mariya Miziurkoya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz finala güdən finalda belaruslu Marta Hetmanavayla (UWW) qarşılaşıb. 11:0 hesabı ilə üstün olaraq, həlledici görüşə vəsiqə qazanıb. O, finalda türkiyəli Sevim Akbaşla güləşəcək.
İdman.biz