AZ

Cəlilabadda ev yandı

Cəlilabad rayonunda ev yanıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Məhərrəm Əhmədova məxsus fərdi yaşayış evi qəfildən alovlanıb.

Hadisə yerinə Cəlilabad və Göytəpə şəhərlərindən yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

Evin bir hissəsi yanaraq yararsız hala düşüb.

Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
33
unikal.az

1Mənbələr