AZ

Hüseyn Hüseynov: “Azərbaycan 4SI-nin “Coursera” ilə tərəfdaşlığı çərçivəsində rəqəmsal bacarıqları genişləndirir”

İxtisasartırma proqramı çərçivəsində Azərbaycanın 10 mindən çox vətəndaşı IV Sənaye İnqilabı Mərkəzi (4SI) və “Coursera” platformasının əməkdaşlığı sayəsində onlayn kurslara ödənişsiz çıxış əldə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov İspaniyanın Sevilya şəhərində keçirilən İnkişafın Maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq Konfransda "Çoxtərəfli ticarət sisteminin dəstəklənməsi və elm, texnologiya və innovasiyaların potensialından istifadə" mövzusunda dəyirmi masada bildirib.

H.Hüseynov qeyd edib ki, 4SI Mərkəzi müxtəlif sahələrdə süni intellekt və digər yeni texnologiyaları təşviq edir: "Eyni zamanda müxtəlif işçi qüvvəsini lazımi bacarıqlarla təmin edir. 4SI və “Coursera” platformasının əməkdaşlığı sayəsində 10 mindən çox vətəndaş 8 mindən çox kursa ödənişsiz çıxış əldə edib. İstifadəçilərin 50 %-dən çoxu qadınlardır".

Seçilən
7
report.az

1Mənbələr