AZ

Zaxarovadan rusdilli məktəblərin bağlanacağı xəbərinə - Reaksiya

“KİV-də guya Azərbaycan məktəblərində rus dilində tədrisin dayandırılması planları ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

“Bakuinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Azərbaycan Təhsil Nazirliyi bu məlumatı təkzib edib. Biz vəziyyəti diqqətlə izləyirik və bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daim əlaqə saxlayırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Azərbaycanda rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı xəbər yayılıb. Bu gün isə sosial şəbəkələrdə 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində də rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı haqda məlumatlar yayılıb.

Sonuncu məlumatı Elm və Təhsil Nazirliyi nə təkzib, nə də təsdiq edib.

Seçilən
15
38
bakuinfo.net

10Mənbələr