AZ

Rus “humanizminin” faciəsi




Rus “humanizminin” faciəsi və bu faciənin bəşəriyyət üçün təhlükəsi, namərdcəsinə aparılan siyasi və psixoloji hücum taktikası heç vaxt mərdləri öz haqlı bildikləri yoldan döndərə bilmir. Siz, Putin davamçıları, imperiya sevdalıları, anlamalıdır ki, sizin böyüklüyünüz sizin mədəniyyətinizdədir, mədəni və sivil davranış qaydalarınızdadır. Böyük əraziyə malik olmaq və ya sayca çox olmaq heçdə böyüklük əlaməti sayılmır. Bir dövlətin böyüklüyü onun mədəniyyətindədir.
Dünya artıq 18–19-cu əsrin dünyası deyil ki, sivilizasiyadan kənar barbar təfəkkürü ilə təhlükəli ideyalarınızı həyata keçirəsiniz.
Bu gün böyüklük mədəniyyət, ağıl, müdriklik, sivil yanaşma və ədalətlə ölçülür və yalnız bu dəyərlərlə dünya tərəfindən qəbul olunur.
Lakin siz hələ köhnə əsrlərdən çıxa bilməmisiniz və babalarımızdan, onların yetişdirdiyi dövlətdən yalnız diqqət və qayğı görmüş bir xalqın nümayəndələrinə qarşı kobudluq, alçaldıcı, ayı yanaşması ilə davranışlara yol verirsiniz.
Siz əslində bu addımlarla öz gələcək taleyinizi yazanlara əsas verir, hökmünüzü surətləndirir, sonunuzu yaxınlaşdırırsınız.
Təəssüf ki, bu qızışdırıcı proseslərdə Pravoslav kilsəsinin xüsusi rolu mövcuddur.
Əslində, mənəvi əsaslarla özünü cəmiyyətə təqdim edən bir qurum insan rəftarına ciddi önəm verməlidir. Ancaq siz bu mənəvi əsaslardan bir geosiyasi vasitə kimi istifadə edirsiniz.
Bəli, regionda Cənubi Qafqazdan sizin zəifləməniz bu regionun güclənməsinə gətirib çıxarıb. Bütün spektrlər üzrə siz bunu anladınız, siz bunu gördünüz. Lakin artıq bu reallıqların qarşısını almaq mümkün deyil. Bu reallıqları isə böyük tarixə malik, qədim kökü olan, ədalətli və həmişə məhz dəyərləri ilə seçilən bir xalq və onun Ali Baş Komandanı yaratdı!
Əgər maraqların kəsişməsi varsa, onun sivil uzlaşması da mövcuddur. Amma sizin davranışlarınız bu kəsişməni siyasi tətbiqdən çıxarıb, cinayət tətbiqinə çevirib.
Müasir düşüncəyə və standartlara yaraşmayan mexanizmlərdən istifadə etməyiniz, əslində sizin, bəşəriyyət üçün nə qədər faydasız biri olduğunuzu nümayiş etdirir.

Ramil Hüseynov,
Seçilən
19
1
newscenter.az

2Mənbələr