AZ

Azərbaycan XİN-də Rusiya səfirinə: “Sputnik”lə bağlı iradlarınız əsassızdır

BAKI, 2 iyul. TELEQRAF

“Azərbaycan tərəfindən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradları əsassızdır”.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimova bildirilib.

XİN-in bəyanatında qeyd edilib ki, Azərbaycan tərəfindən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib.

“Sputnik-Azərbaycan”a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hal-hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub.

Rusiya səfiri nazirlikdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov görüşüb.

Seçilən
52
6
teleqraf.com

5Mənbələr