AZ

"Qəbələ - MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı" beynəlxalq proqramının açılış mərasimi keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

Qəbələ şəhərində "Qəbələ - MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı" beynəlxalq proqramının açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra “Qəbələ – Gənclərin Paytaxtı” haqqında videoçarx nümayiş olunub.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, MDB Gənclər Şurasının rəhbəri Tatyana Kovaleva və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış ediblər. Şəhərin “MDB Gənclər Paytaxtı” statusunu təsdiqləyən sertifikat icra başçısı Səbuhi Abdullayevə təqdim olunub. Ardınca "Qəbələ - MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı" loqosu nümayiş etdirilib.

Sonra tədbir Emiliya Yaqubova, muğam kvarteti, Mətin və Rilayanın ifasında konsert proqramı ilə davam edib.

Qeyd edək ki, 2023-cü ildə MDB Hökumət Başçıları Şurasının Daşkənddə keçirilən iclasında Qəbələ şəhəri 2025-ci ildə MDB-nin "Gənclər Paytaxtı" elan olunub.

 

Seçilən
26
50
azertag.az

10Mənbələr