Bir çoxları rusdilli məktəblərin pullu olmasını təklif edir. Millət vəkili Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında məsələyə münasibət bildirib. Onun fikrincə, belə məsələlərdə tələsmək olmaz: “Təmkinli davranmaq lazımdır. Dünən Elm və Təhsil Nazirliyi tərəfindən qərar verildi və bildirildi ki, proses hansı formada tənzimlənəcək. Hesab edirəm ki, bu kimi məsələlər hansısa fərdin şəxsi fikri və düşüncəsi ilə deyil, dövlətin yanaşması ilə həll olunmalıdır. Əgər ehtiyac varsa və vaxt yetərlidirsə, dövlət özü müvafiq addımı atacaq”. Sevinc İbrahimzadə / Metbuat.az