AZ

Leyla Əliyevanı olduğu kimi təqdim edən kitab


Dünən Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin “İDEA-dan başladı” adlı kitabının təqdimatı keçirildi. Mərasimdə bir çox siyasi xadimlər, elm adamları, akademiklər, fəlsəfə üzrə doktorlar, tanınmış şəxslər, Milli Məclisin deputatları, tanınmış jurnalistlər və gənclər iştirak edirdilər. Həddindən ziyadə möhtəşəm şəkildə təşkil edilmiş bu tədbir yaddaşlarda sözün əsl mənasında unudulmaz bir iz qoydu. Belə ki, Atatürk Mərkəzinin sədri, Millət vəkili, akademik Nizami Cəfərovun moderatorluğu ilə kitab haqqında aparılan müzakirələr və fikir mübadilələri təqdirə layiq idi.Qeyd edim ki, bu cür tədbirlərdə iştirak etməyin özü də qürurverici haldır. İctimai-siyasi, publisistik əsərlərin müəllifi kimi tanınan, hər birimizin sevgisini və hörmətini qazanan Professor Vaqif Abdullayevin “İDEA-dan başladı” kitabı nəfis şəkildə bütün incəliklərinə qədər düşünülərək qələmə alınan nadir əsərlərdən biridir. Kitabın peşəkarlıqla yazıldığı da göz oxşayır.

Qeyd edim ki, kitab Heydər Əliyev fondunun vitse-prezidenti, “Bakı” jurnalının təsisçisi və baş redaktoru, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyinin təsisçisi və sədri Leyla Əliyevanın iş fəaliyyətindən bəhs edir. Yüksək səviyyədə tərtib edilən sözügedən kitab vasitəsilə oxucular Leyla Əliyevanın Azərbaycan həqiqətlərini dünyaya çatdırılması sahəsində göstərdiyi səylərinin şahidi olacaqlar. Eyni zamanda kitabda Leyla Əliyevanın humanitar, ekoloji problmlərin aradan qaldırılmasında həyata keçirdiyi misilsizlayihələri, qələmə aldığı şeirlərindən bəziləri ilə də tanış olmaq mümkündür.
Ümumiyyətlə, kitab özlüyündə, sanki bir sənət əsəri olmaqla yanaşı, professor Vaqif Abdullayevin qələminin mükəmməl məhsuludur. Məqamında bildirim ki, Vaqif Abdullayevin prezident İlham Əliyev haqqında yazdığı “O, böyük siyasətə hazırdır” (1999), “Azərbaycan yeni diplomatiya mərkəzində”(2000), “Müstəqilliyimizin strategiyası”(2003), “Sülh və sabitlik prezidenti” (2005), “Planetar təkəbbürlü lider” (2007), “Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi” (2017), Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edilmiş “Azərbaycanın Mehriban siması” (2019), “Humanizmin Azərbaycan simvolu” (2021), Ulu öndər Heydər Əliyevin şəninə həsr edilmiş digər növbəti “Dövlətçiliyimizin simvolu” (2023) adlı kitabları yazıçının şah əsərlərindəndir desək yanılmarıq.
Fürsətdən istifadə edərək bildirim ki, sabah-3 iyul Leyla Əliyevanın doğum günüdür. Onun 40 yaşı tamam olur. Akademik Vaqif Abdullayev qələmə aldığı “İDEA-dan başladı” adlı kitabını Leyla Əliyevaya ad günü hədiyyəsi kimi bəxş edib. Məncə elm adamlarının bundan dəyərli hədiyyəsi əsla ola bilməz. Bəli, bu addım həqiqətən incə düşünülmüş və təqdirəlayiq bir hədiyyədir.
“İDEA-dan başladı” kitabı dörd fəsildən ibarətdir. Birinci fəsildə Leyla Əliyevanın ictimai-humanitar portretinin əsas cizgiləri, ikinci fəsildə Ulu öndərə layiq xidmət nümunəsi, üçüncü fəsildə Azərbaycan ictimai diplomatiyasında yeni dalğa, dördüncü fəsildə isə milli-bəşəri ideyaların manifesti kimi mövzular yer alıb.
Tədbirdə çıxış edən Nizami Cəfərov Leyla Əliyevanın fəaliyyətinin olduqca zəngin və qürurverici olduğunu bildirdi. Akademik Leyla Əlyevanın mənalı həyatının insanlara yaxşılıq və xeyirxahlıq, nəciblik, mərhəmət amalı üzərində kökləndiyini vurğuladı. N.Cəfərov çıxışında, həmçinin Leyla Əliyevanın ictimai fəaliyyətindən də geniş söhbət açaraq, onun Azərbaycan hüdudlarından kənarda apardığı işlərin təqdirə layiq olduğunu qeyd etdi.
Tədbirin qonaqlarından biri, Türkiyədən gələn Sərdar Şəngül çıxış edərək bildirdi ki, Leyla Əliyevanın Azərbaycanın xaricdəki diaspor fəaliyyəti səfirliklərlə yanaşı, ayrı-ayrı ictimai qurumların, dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin və bizimlə əlaqələndirilmiş işi milli həmrəyliyinin gücünü və strateji əhəmiyyətini daha da artırmışdır. Çıxışında bu mötəbər tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirən qonaq, belə görüşlərin mütəmadi keçirilməsini rica etdi.
Çıxış sözü alan filologiya üzrə fəlsəfə doktoru Səkinə Bayramova kitabın yüksək səviyyədə qələmə alındığından və Leyla Əliyevanın dövlət və xalq üçün gördüyü işlərdən söhbət açdı. O, həmçinin bildirdi ki, Vaqif Abdullayev demişkən: Ot kökü üstə bitər. Leyla Əliyevanın gördüyü işlər və təşkilatçılıqları ailəsindən irəli gəlir. Belə kitabların unversitetlərdə, məktəblərdə təqdim edilməsi də çox gözəl olardı.
Tədbirdə sabiq deputat Musa Musayev çıxış edərək bildirdi ki, o, V.Abdullayevlə həmyerlidir, onu uşaqlıqdan tanıyır və savadına məktəb illərindən bələddir. Həmçinin M.Musayev qeyd etdi ki, 1992-ci ildən Yeni Azərbaycan Partiyasına üzv olduqları vaxtdan bu günə qədər ictimai fəaliyyətdə V.Abdullayevlə birgə addımlayıblar. Leyla Əliyevaya gəlincə isə sabiq deputat onu bildirdi ki, yaşının az olmasına baxmayaraq xanım mədəni, ictimai arenada öz sözünü yüksək səviyyədə çatdırıb. İslam dünyasında, həmçinin İCESCO-da Azərbaycanın simvolu olub və olmaqdadır. Leyla Əliyevanın azad Qarabağın inşası və vətənpərvərlik diplomatiyası dünyanın ən nüfuzlu ictimai-siyasi xadimləri, elmi-mədəni cəmiyyətlərin tanınmış nümayəndələrinin Azərbaycan haqqında əsl reallıqları mənimsəməkdə, müsbət dönüşün yaranmasında yetərincə rol oynamışdır. Təqdirəlayiq haldır ki, bu kitabda bütün bunlar yer almışdır.
Çıxışçılardan sabiq deputat Rauf Qurbanov Vaqif Abdullayevin “İDEA-dan başladı” adlı kitabının təqdimatından razı qaldığını bildirərək, müəllifə işlərində müvəffəqiyyətlər arzuladı.
Leyla Əliyeva haqqında danışırıqsa bu xanımın səcərəsinə baxmaq kifayətdir. Onun savadının, zəkasının, işgüzarlığının, vətənə, dövlətə, dövlətçiliyə olan sevgisinin haradan gəldiyini daha yaxşı hər kəs görə bilər. O, Azərbaycan gənclərinə bir örnəkdir. Talassemiyalı xəstə, kimsəsiz uşaqlara qayğısı, onlara sanki öz övladları kimi nəvaziş göstərməsi də inkar edilməz faktlardandır.
Təqdimatda söz qələmi və öz dəst xətti ilə tanınan jurnalist, “Təzadlar” qəzeti və saytının baş redaktoru Asif Mərziliyə də verildi. Əvvəlcə müəllifi təbrik edən Asif Mərzili öz çıxışında dedi: «…Bu kitabı belə gözləmirdim, elə bilirdim ki, kitabda Leyla Əliyeva daha çox prezidentin qızı kimi təqdim ediləcək, yaxud tərcümeyi-halından bəhs olunacaq. Amma burada kitabı əlimə aldıqda gördüm ki, fikrimdə yanılmışam. Kitab tam fərqli üslubda, yüksək səviyyədə yazılıb. Oxucuya görülən işlər maraqlıdır, tərcümeyi-hal sosial şəbəkədə, vikipediyada yetərincə var. Bir sözlə,kitab nəfis şəkildə yazılaraq çap olunub. Və Leyla Əliyeva kitabda olduğu kimi, özü kimi təqdim edilib… Leyla Əliyevaya gəlincə, bildirim ki, o, Əliyevlər elitasının layiqli təmsilçisi, varislərindən biridir. Leyla Əliyevanın humanizm, mərhəmət, nəciblik kimi ali, mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşahəli fəaliyyətinin təməlində də məhz millətə layiqli xidmət dayanır».
Sonda isə A.Mərzili Leyla Əliyevanı ad günü münasibətilə təbrik etdiyini bildirərək, müəllifə yaradıcılıq fəaliyyətində uğurlar arzuladı. Çıxış edənlərdən digəri də jurnalist Tofiq Abdullayev oldu. O, çıxışında burada jurnalist kimi deyil, Vaqif Abdullayevin qarrdaşı kimi iştirak etdiyini qeyd edərək, kitaba görə qardaşını təbrik etdi. Belə kitabların sayının axarıncı olmasını arzuladı.
Təqdimatda söz gənclərə də verildi. Xəzər Universitetinin məzunu Leyla Əliyeva haqqında bildirdi ki, onun təhsilə qayğısı müasir layihələrdə özünü əks etdirmişdir. Gənclərin dostu, sevmlisi olan L.Əliyeva zəkanı mərhəmətlə yoğuran xanımdır və biz gənclərə örnəkdir. Beləliklə tədbir sona çatdı. Lakin yaddaşlarımızda unudulmaz, gözəl xatirə kimi əbədi həkk olundu.
Rövşanə Nağıyeva

Seçilən
5
baki-xeber.com

1Mənbələr