AZ

Rusiya Azərbaycanla arasını vuran daha bir düşmən tapdı: Görün kimdir

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi, eləcə də kibercinayətkarlıqda şübhəli bilinən rusiyalıların həbsinə reaksiya verib.

Publika.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb. Senator nəşrlə söhbətində bəyan edib ki, rusların saxlanması ilə bağlı vəziyyətlə peşəkarlar - İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi məşğul olmalıdır.

Karasinin fikrincə, başqa bir şey vacibdir: Avropada bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamağa çalışırlar. Millət vəkilinin sözlərinə görə, eyni şey Ermənistanla da baş verir.

Qeyd edək ki, bundan əvvəl Moskva Kiyevi Rusiya ilə Azərbaycanın münasibətlərini gərginləşdirməkdə ittiham etmişdi.

Seçilən
15
34
publika.az

10Mənbələr