AZ

ŞKTC Przidenti: Dünyada müxtəlif münaqişələr davam edərkən Şimali Kipr və Azərbaycan birlikdə addımlar atmalıdır

Dünyada müxtəlif münaqişələr davam edərkən Şimali Kipr və Azərbaycan birlikdə addımlar atmalıdır.

"Report" xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində Fəxri Doktor Diplomunun Təqdimat Mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, türk dövlətləri birlik olmalıdır, sülh və müstəqilliyi qorumaq üçün bərabər işlər görülməlidir:

"İlham Əliyevin də dediyi kimi türk dövlətləri bir-birinə sahib çıxmalıdır".

Prezident sabah İqtisadi Əməkdaşlıq Təşklatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşünə qatılacağını da xatırladıb:

"Zirvə görüşündə İƏT üzv ölkələri ilə başda turizm, ali təhsil və ticarətin inkişafı olmaqla müxtəlif istiqamətlərdə əlaqələr quracağıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə qardaşlığı və bizimlə eyni hissi yaşadığına görə təşəkkür edirəm".

MƏLUMAT YENİLƏNİR

Seçilən
14
50
report.az

10Mənbələr